Reanimasiyada olan xəstələrin sayı açıqlandı

   Reanimasiyada olan xəstələrin sayı açıqlandı
  10 Sentyabr 2020    Oxunub:3531
Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 2049 nəfərdir.
TƏBİB-dən Azvision.az -a verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 138, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 14-dür.

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 150 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək 37874 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35269 nəfər müalicə olunaraq sağalıb, 556 nəfər vəfat edib, aktiv xəstə sayı 2049 nəfərdir. Ölkədə son sutka ərzində 7290, hazırkı dövrədək isə 988268 test aparılıb.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti