Təhsil naziri intihara cəhd edən şagirdə baş çəkdi - FOTO

Təhsil naziri intihara cəhd edən şagirdə baş çəkdi -  FOTO
  10 Sentyabr 2020    Oxunub:4804
Sentyabrın 10-da Təhsil naziri Emin Əmrullayev üç gün əvvəl müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Bakı şəhəri, 313 nömrəli tam orta məktəbin şagirdi Solmaz Hacıyevaya baş çəkib.
Azvision.az xəbər verir ki, məktəblinin müalicəsinin gedişi ilə maraqlanan Təhsil naziri şagirdin valideynləri və həkimlərlə görüşərək onlarla söhbət edib.

Emin Əmrullayev şagirdin tez sağalması və normal həyata qayıtması üçün lazımi dəstək göstəriləcəyini bildirib, ona Allahdan şəfa diləyib.



Qeyd edək ki, sentyabrın 7-də Binəqədi rayonu 313 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Solmaz Hacıyeva məktəbin 3-cü mərtəbəsindən özünü yerə ataraq intihara cəhd edib.

Azvision.az


Teqlər: Təhsil   Nazir   Şagird  





Xəbər lenti