Məktəb bufetlərinin açılmasına icazə verilmədi

  10 Sentyabr 2020    Oxunub : 2393
 Məktəb bufetlərinin açılmasına icazə verilmədi
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrindəki yeməkxanalara (bufetlərə) dair tələblər müəyyənləşib.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nda qeyd edilib.

Qaydalara əsasən, internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla, digər təhsil müəssisələrində yeməkxanaların (bufetlərin) fəaliyyəti dayandırılır və təhsilalanların sinif otaqlarında qidalanması tövsiyə edilir.

Azvision.az

Teqlər: Məktəb   Bufet