Bakıdakı yeni piyada keçidindən FOTOLAR

Bakıdakı yeni piyada keçidindən  FOTOLAR
  11 Sentyabr 2020    Oxunub:2645
Xəbər verdiyimiz kimi, sentyabrın 9-da Mərdəkan-Zuğulba avtomobil yolunda inşa edilmiş yeni yerüstü piyada keçidinin açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.
Qeyd edək ki, yerüstü piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, məktəbin mövcudluğu, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Keçid Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində inşa edilib.

Keçidin ümumi uzunluğu panduslarla birlikdə 180 metrdir. Üç dayaq üzərində torşəkilli metal konstruksiyadan quraşdırılmış keçidin orta hissəsinin uzunluğu 52 metr, eni 4,5 metrdir. Piyada keçidi bir-biri ilə 57 dərəcə bucaq altında kəsişən 39 ədəd polad halqadan yığılıb.

Rahat hərəkət üçün keçiddə beynəlxalq standartlar nəzərə alınmaqla panduslar quraşdırılıb. Pandusların maililiyi 8 dərəcəyə bərabərdir. Bu piyada keçidinin layihəsi italiyalı dizaynerin təxəyyülünün məhsuludur, konstruksiyaları isə yerli mütəxəssislər tərəfindən hazırlanıb.

Ümumilikdə isə indiyədək Bakı şəhərində 113 piyada keçidi tikilərək istifadəyə verilib. Onlardan 41-i yerüstü, 72-si yeraltı piyada keçiddir. Bundan əlavə, ölkəmizin respublika əhəmiyyətli magistral yollarında 64 yeraltı və yerüstü piyada keçidi inşa edilib.

Hazırda ölkə üzrə avtomobil yollarında 9 ərazidə piyada keçidinin inşası davam etdirilir. Yeni piyada keçidlərinin tikilməsi əhalinin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır və bu addım sakinlər tərəfindən yüksək qiymətləndirilir.

Mərdəkan-Zuğulba yolundakı yerüstü piyada keçidindən fotoları təqdim edirik:

















Foto: Şahin Sərdarov
Azvision.az


Teqlər: Keçid  





Xəbər lenti