Ukraynada zəncirvari qəza: 5 ölü, 20 yaralı

Ukraynada zəncirvari qəza:    5 ölü, 20 yaralı
  11 Sentyabr 2020    Oxunub:2558
Ukraynada ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kiyev-Xarkov magistral yolunda qeydə alınıb, qəza nəticəsində beş nəfər dünyasını dəyişib.

"Yol qəzası səhər saat 4 radələrində magistral yolun 47-ci kilometrliyində iki yük maşını, mikroavtobus və bir minik avtomobilin iştirakı ilə baş verib. Qəzada beş nəfər ölüb, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 14-ü xəstəxanaya yerləşdirilib" - Kiyev vilayətinin Patrul Polisinin Mətbuat xidmətinin məlumatında qeyd olunub.

Polisin təyin etdiyi kimi, yük maşınlarından birinin sürücüsü Kiyev istiqamətində hərəkət edərkən öncə avtomobilə çırpılıb və sonra qarşı zolağa çıxaraq iki nəqliyyat vasitəsi ilə - mikroavtobus və daha bir maşınla toqquşub.

Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti