III qrupa sənəd verən 3082 nəfər qəbul olmayacaq - DİM sədri

 III qrupa sənəd verən 3082 nəfər qəbul olmayacaq -  DİM sədri
  11 Sentyabr 2020    Oxunub:4796
III ixtisas qrupunda müsabiqə vəziyyəti yüksəkdir. Bu qrupda 12 min 286 plan yeri var, 200 baldan yuxarı nəticə göstərib, bütün şərtləri ödəyərək müsabiqəyə buraxılanların sayı 15 368-dir.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bu il III ixtisas qrupuna sənəd verən 3 min 82 abituriyent qəbul olunmayacaq.

“III ixtisas qrupunda yüksək nəticə göstərən abituriyentlər var. Bu il III ixtisas qrupunda mediana 303, 74 baldır. Keçən il bu qrupda mediana 297,21 bal olub. Bu? deməkdir ki, III ixtisas qrupunda imtahan verənlərin 50 faizinin nəticəsi 303 baldan yuxarıdır”.

M.Abbaszadə bildirib ki, III ixtisas seçimində plan yerlərindəki cuzi artım müsabiqə vəziyyətini keçən ilki səviyyədə gözləməyə imkan verəcək.

Azvision.az


Teqlər: İmtahan   DİM   Sədr  





Xəbər lenti