“Müsabiqə şərtləri aşağı salınmayacaq” - Məleykə Abbaszadə

 “Müsabiqə şərtləri aşağı salınmayacaq” -    Məleykə Abbaszadə
  11 Sentyabr 2020    Oxunub:4341
Bu ilin mediana göstəricilərini bütün imtahan verənlərin tam yarısına bölsək, görərik ki, orta nəticə 303,74 baldır, keçən il 297,21 olub. İmtahan verənlərin yarısı 303 bal toplayıb. Bu il III qrupda 21410 nəfər imtahan verib. Builki qəbulda III ixtisas qrupunda kifayət qədər yüksək müsabiqə formalaşacaq.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, müsabiqə şərtlərini aşağı salmağa ehtiyac yoxdur: "Çox adam deyir ki, pandemiya şəraitində məşğul olmuşuq, müsabiqə şərtlərini aşağı salın. III qrupda kifayət qədər yüksək nəticə göstərən uşaqlar var. Onlar da pandemiya şəraitində hazırlaşıblar".

M.Abbaszadə əlavə edib ki, bu il III qrup üzrə Azərbaycan dili və ədəbiyyat müəllimliyi üçün 30%, ibtidai sinif müəllimliyi üçün 10%, tarix müəllimliyi üçün isə 11% plan yerində artım olub.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti