Türkiyədə FETÖ əməliyyatı - Hərbçilər tutuldu

 Türkiyədə FETÖ əməliyyatı -   Hərbçilər tutuldu
  11 Sentyabr 2020    Oxunub:4133
Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçuların saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.
Azvision.az xəbər verir ki, ölkənin 11 vilayətində paralel keçirilən əməliyyatlar zamanı FETÖ təşkilatının rəhbərləri ilə telefon əlaqəsi saxlamaqda şübhəli bilinən 11 hərbçi saxlanılıb.

Şübhəli bilinən digər şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Azvision.az


Teqlər: Türkiyə   FETÖ  





Xəbər lenti