İctimai nəqliyyat iki gün işləməyəcək

   İctimai nəqliyyat iki gün işləməyəcək
  12 Sentyabr 2020    Oxunub:3579
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib.

Qərara əsasən, 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Azvision.az


Teqlər: Avtobus   Nəqliyyat  





Xəbər lenti