Təcili yardım briqadalarının sayı artırılıb

   Təcili yardım briqadalarının sayı artırılıb
  12 Sentyabr 2020    Oxunub:3607
Pandemiyanın ilk dövrlərində 103 xidmətinin Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayının artması səbəbindən gündəlik növbəyə çıxan təcili yardım briqadalarının sayı artırılıb.
Azvision.az xəbər verir ki, bunu Təcili vəTəxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, gündəlik xəttə çıxan sanitar avtomobillərin sayı 170-ə çatdırılıb. Baş həkim, hazırda Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 21 bölməsində ümumiyyətlə 2370 nəfərə yaxın həkim və orta tibb heyətinin çalışdığını bildirib.

Azvision.az


Teqlər: Həkim  





Xəbər lenti