Qripdən necə qorunaq? - Maarifləndirici VİDEO

Qripdən necə qorunaq? -  Maarifləndirici VİDEO
  14 Oktyabr 2020    Oxunub:15852
Payız-qış aylarında mövsümi virus xəstəliklərinin artması müşahidə olunur. Qrip də bu sıradandır. Qrip bizə adi xəstəlik kimi görünsə də, ağırlaşmaları səbəbilə ciddi təhlükə törədən virus infeksiyasıdır.
Lakin bu xəstəliyin qarşısını birlikdə ala bilərik. Bunun üçün tibbi maskalardan istifadə edək, ictimai yerlərdə olmaqdan çəkinək, məsafə saxlayaq, bol vitaminli qidalar qəbul edək, əllərimizi tez-tez sabunla yuyaq.

Xəstəliyin ilkin əlamətlərini müşahidə edən kimi evdə qalaq və dərhal həkimə müraciət edək. Qripə qarşı peyvənd edək.

Strateji Kommunikasiyalar Mərkəzi tərəfindən hazırlanan maarifləndirici videoçarxı izləyərək mövsümi qripdən qorunmaqla bağlı ətraflı məlumat əldə edə bilərsiniz:



Azvision.az


Teqlər: Payız   Mövsüm   Qrip  





Xəbər lenti