Hökumət qərara edilən dəyişikliyin izahını verdi
İndiyə qədər yuxarıda sadalanan qurumların əməkdaşlarının sosial müdafiəsi üçün gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və gömrük ödənişlərindən Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərin müəyyən faizi həmin qurumlara verilirdi.
Azərbaycan Prezidentinin müvafiq Fərmanından sonra artıq bu mexanizmin fəaliyyəti dayandırılıb. Nazirlər Kabinetinin bu Qərarı Prezidentin Fərmanından irəli gələn tapşırığa uyğun olaraq müvafiq “Qayda”ya dəyişikliyi təsdiq edir.
Azvision.az
Teqlər: Nazirlər-Kabineti