Məhkəmə Eldar Həsənovu həbsdə saxladı

   Məhkəmə Eldar Həsənovu həbsdə saxladı
  12 Sentyabr 2020    Oxunub:3927
Nəsimi Rayon Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı müdafiəçinin vəsatətinə baxılıb.
Azvision.az xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, vəsatət təmin edilməyib.

Qeyd edək ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.

Azvision.az


Teqlər: Eldar-Həsənov   Səfir   Həbs  





Xəbər lenti