“Qarabağın səsi” - VİDEO

  15 Sentyabr 2020    Oxunub : 12002
“Qarabağın səsi” -    VİDEO
İşğal olunan torpaqlarımızla bağlı vətənpərvər ruhunda hazırlanan layihələr sırasına daha biri də əlavə olunub.
Azvision.az xəbər verir ki, Müdafiə Nazirliyinin dəstəyi ilə ərsəyə gələn “Qarabağın səsi” layihəsinin ideya müəllifi nəğməkar şair Cəlal Qurbanov, layihənin rəhbəri isə jurnalist Mintac Elsevərdir. Layihənin koordinatoru Mehrab Dadaşovdur. Mahnının sözlərini ingilis dilinə Nigar Həsənzadə tərcümə edib.

Ekran işini digərlərindən fərqləndirən cəhət onun “Çahargah” muğamının “Mayeyi-Çahargah”, “Bəstə-Nigar”, “Müxalif”, “Mənsuriyyə”, “Üzzal” şöbələrində ifa olunması, mahnıda səslənən silah səslərinin isə əslində zərb alətlərində ifa olunmasıdır. Mahnının sözləri Cəlal Qurbanova, aranjemanı isə Əməkdar artist Əliağa Sədiyevə məxsusdur.

Klipdə Xalq artisti Nurəddin Mehdixanlı ilə yanaşı, muğam müsabiqəsinin qalibləri və iştirakçıları yer alıblar.

Ekran işinin rejissorluğu isə Cəlal Kəngərliyə həvalə olunub.



Azvision.az

Teqlər: Qarabağın-səsi