Ağsudakı “möcüzə” - Sanqalan pirindən FOTOREPORTAJ

  14 Sentyabr 2020    Oxunub : 14221
  Ağsudakı “möcüzə”  - Sanqalan pirindən  FOTOREPORTAJ
Sanqalan dağı XVIII-XIX əsrlərdə Şirvan xanlığının müdafiəsi üçün ən strateji obyekt, mühafizə qalası kimi istifadə olunub. Dağın hündürlüyü 929 metrdir. Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin ərazisində, Ağsu rayonu ilə Şamaxı rayonunun sərhədində yerləşir.
Zirvənin adının vaxtilə Bico kəndi ərazisinə gəlmiş Səndələn türk tayfalarının adı ilə bağlı olduğu və ya saklarla əlaqəli "Sak qala" mənasını verən toponim olduğu qeyd edilir. Deyilənə görə, qədim türk tayfaları olan Səndələn və Saklar həmin dağın ətəyində yaşayıb. Ərazidə qədim türklərə məxsus qəbir qalıqları da var.



Böyük Qafqaz dağlarından Arana açılan strateji mövqedə olduğu üçün vaxtilə bu zirvə hərbi müdafiə və müşahidə məntəqəsi kimi istifadə edilib. Hazırda dağın üstündə yerləşən yeganə məzarın 1314-cü ilə aid olduğu iddia olunur. Qəbir ta qədimdən insanların ziyarətgahına çevrilib.

Ağsu sakinləri və ətraf rayonlardan gələn insanlar öz arzu və niyyətlərinin gerçəkləşməsi üçün Sanqalan pirinə üz tutular.



Məlumata görə, 1995-ci ildə kənd sakini, sahibkar Möhübbət Yusifov oğul övladının dünyaya gəlməsi şərəfinə həmin qəbir üzərində türbə inşa etdirib. Maraqlıdır ki, dağın üstündə tək bir ağac var. Ağacın yaşının 500 ildən çox olduğu deyilir.





















Foto: Şahin Sərdarov
Azvision.az

Teqlər: Ağsu   Pir