Reanimasiyada olan xəstə sayı 123-ə düşdü

  Reanimasiyada olan xəstə sayı 123-ə düşdü
  13 Sentyabr 2020    Oxunub:4246
Azərbaycanda koronavirusla bağlı 12 sentyabr 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Son sutkada koronavirusa görə 7351 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 1 milyon 2 min 727-yə çatıb.

Reanimasiyada olan xəstə sayı 123, süni tənəffüs cihazında olan xəstə sayı 13 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 38 min 172 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 min 607 nəfər müalicə olunaraq sağalıb, 559 nəfər vəfat edib. Aktiv xəstə sayı 2006 nəfərdir.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus   Pandemiya  





Xəbər lenti