Gürcüstanda daha 152 nəfər koronavirusa yoluxdu

 Gürcüstanda daha 152 nəfər koronavirusa yoluxdu
  13 Sentyabr 2020    Oxunub:3437
Gürcüstanda son sutka ərzində daha 152 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 2227-yə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 1369 (son 24 saatda 6 nəfər) pasiyent sağalıb, 19 nəfər dünyasını dəyişib. Hazırda karantində 5882, stasionar nəzarətdə isə 390 nəfər saxlanılır.

Azvision.az


Teqlər: Koronavirus   Gürcüstan   Pandemiya  





Xəbər lenti