Rusiyada COVID-19 qurbanlarının sayı artdı

 Rusiyada COVID-19 qurbanlarının sayı artdı
  13 Sentyabr 2020    Oxunub:3626
Rusiyada son sutka ərzində koronavirusa 5449 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 1 062 811 nəfərə çatıb.

Rusiyada son sutkada 94 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 18 578 nəfərdir. İndiyədək 876 225 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus   Pandemiya  





Xəbər lenti