ABŞ-da meşə yanğınları: 28 nəfər ölüb

ABŞ-da meşə yanğınları:    28 nəfər ölüb
  13 Sentyabr 2020    Oxunub:4195
Son günlər ABŞ-ın qərb ştatlarında tüğyan edən meşə yanğınları 28 nəfərin ölümünə səbəb olub.
Azvision.az xəbər verir ki, ən çox ölüm faktı Kaliforniya ştatında qeydə alınıb. Burada meşə yanğınları nəticəsində 19 nəfər ölüb.

Qeyd edək ki, hazırda ABŞ-ın qərb ştatlarında 100-dən çox yanğın ocağı mövcuddur. Kaliforniya, Oreqon və Vaşinqtonda vəziyyət gərgin olaraq qalır.

İlkin məlumatlara əsasən, meşə yanğınları 1,9 milyon hektardan çox ərazini əhatə edir.

Azvision.az


Teqlər: ABŞ   Meşə   Yanğın  





Xəbər lenti