Aktiv COVID-19 xəstələrinin sayı açıqlandı

 Aktiv COVID-19 xəstələrinin sayı açıqlandı
  13 Sentyabr 2020    Oxunub:3399
Azərbaycanda bu günədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.

Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 38 min 327 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Onlardan 35 min 756 nəfər müalicə olunaraq sağalıb, 562 nəfər vəfat edib. Aktiv xəstə sayı 2009 nəfərdir.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya   Qərargah  





Xəbər lenti