TƏBİB: Hazırda reanimasiyada 117 xəstə var

  13 Sentyabr 2020    Oxunub : 2561
      TƏBİB:    Hazırda reanimasiyada 117 xəstə var
Azərbaycanda koronavirusla bağlı 13 sentyabr 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Son sutkada koronavirusa görə 6751 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 1 milyon 9 min 478-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 117, süni tənəffüs cihazında olan xəstə sayı 11 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 38 min 327 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 min 756 nəfər müalicə olunaraq sağalıb, 562 nəfər vəfat edib. Aktiv xəstə sayı 2009 nəfərdir.

Azvision.az

Teqlər: TƏBİB   Koronavirus   Pandemiya