Koronavirusa yoluxanların sayı 29 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 29 milyonu keçdi
  14 Sentyabr 2020    Oxunub:3454
Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı artmaqda davam edir.
Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 29 milyon 107 min 971, pandemiya qurbanlarının sayı isə 926 min 910 nəfərə çatıb.

İndiyədək 20 milyon 947 min 30 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti