Yaponiyada baş nazir postuna namizəd bəlli oldu

   Yaponiyada baş nazir postuna namizəd bəlli oldu
  14 Sentyabr 2020    Oxunub:2742
Yaponiyada Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa hakim Liberal Demokrat Partiyasının (LDP) lideri seçilib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Suqa 377 səs toplayıb. Onun rəqibləri, keçmiş Müdafiə naziri Siqeru İsiba 68 və keçmiş Xarici İşlər naziri Fumio Kişida isə 89 nəfərin səsini alıb.

16 sentyabrda parlamentin növbədənkənar iclası keçiriləcək və burada səhhəti ilə əlaqədar vəzifəsindən gedən Şinzo Abeni əvəz edəcək Baş Nazirin namizədliyinə ( Yoşihide Suqa – Red) səs veriləcək.

Azvision.az


Teqlər: Yaponiya   Baş-Naziri  





Xəbər lenti