Bu il yeni metro stansiyası açıla bilər

Bu il yeni metro stansiyası açıla bilər
  14 Sentyabr 2020    Oxunub:4334
Bakı metropoliteninin şərti olaraq “B3” adlandırılan stansiyasında tikinti işləri yekunlaşmaq üzrədir.
Azvision.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, stansiyada son tamamlanma işləri aparılır: “Stansiyada quraşdırılacaq avadanlıqların bir çoxu xarici ölkələrdən gətirilir. Əgər avadanlıqların gətirilməsi prosesində pandemiya ilə əlaqədar gecikmələr olmasa, stansiyanın bu ilin sonuna kimi istifadəyə verilməsi planlaşdırılır”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Bakı   Metro   Stansiya  





Xəbər lenti