Polisi öldürmək istəyən şəxsin işi məhkəməyə göndərildi
İstintaqla qeyd edilən tarixdə Qaradəmirçi kənd sakini Vüsalə Cəfərovanın qardaşı Elçin Cəfərov tərəfindən döyülməsi barədə daxil olmuş məlumat əsasında hadisə yerinə getmiş rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana daxil olarkən Vüsalə Cəfərova azyaşlı qızı ilə birlikdə onlara yaxınlaşan zaman Elçin Cəfərovun əlindəki bıçaqla sonuncunu təqib edərək ona xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə, daha sonra xidməti vəzifəsini həyata keçirməklə Vüsalə Cəfərovanın öldürülməsinin qarşısını alan rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Eşqin Məmmədova da bıçaqla xəsarət yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşib.
Elçin Cəfərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Azvision.az
Teqlər: Prokurorluq Bərdə Cinayət Məhkəmə