“Human Rights Watch”un direktor müavininin Azərbaycan qərəzi – ARAŞDIRMA

   “Human Rights Watch”un direktor müavininin Azərbaycan qərəzi –    ARAŞDIRMA
  14 Sentyabr 2020    Oxunub:15242
“Human Rights Watch” təşkilatının Avropa və Orta Asiya üzrə direktor müavini Reyçel Denberin (Rachel Denber) adı bu qurumun fəaliyyətini izləyənlərə yaxşı tanışdır. O, əvvəllər “Human Rights Watch” təşkilatının Moskva ofisinin rəhbəri vəzifəsində çalışıb, Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Estoniya, Ukrayna, Qırğızıstan, Tacikistanda insan hüquqlarının vəziyyətinə dair araşdırmalar aparıb və həmin ölkələrlə bağlı çoxsaylı hesabatlar hazırlayıb. İxtisaslaşdığı sahə keçmiş SSRİ məkanıdır.
O, Nyu-Cersidə böyüyüb, Şərqi-Avropa əsilli yəhudidir. Haddon Heights məktəbində, Rutgers (bakalavr-beynəlxalq münasibətlər) və Kolumbiya (Harriman İnstitute – siyasi elmlər üzrə magistr dərəcəsi) universitetlərində təhsil alıb, ivrit, rus, fransız dillərini bilir.

1991-ci ildə “Helsinki Watch” -un yaradıcısı və icraçı direktoru Jeri Laber Sovet İttifaqında, Moskva ofisində işləmək üçün araşdırmaçılar axtarırdı. R.Denber bu işə maraq göstərir və 1991-ci ildə işləmək üçün Moskvaya gedir. Keçmiş sovet məkanında baş verən proseslər və insan hüquqlarının vəziyyəti barədə “HRW”-nin baş qərargahına məlumat və hesabatlar göndərir. 1993-cü ildə Moskvada ailə qurur, 1994-cü ildə oğlu dünyaya gəlir.

1997-ci ildə “Human Rights Watch” təşkilatının Avropa və Orta Asiya üzrə direktor müavini vəzifəsinə keçdikdən sonra ailəsi ilə birgə Moskvadan Nyu-Yorka qayıdır. Sonrakı 20 il ərzində Avropa, Rusiya və Orta Asiyada araşdırmalara rəhbərlik edir, Tbilisi, Düşənbə və Daşkəndə ofislərin açılmasını kurasiya edir. Hazırda Nyu-Yorkda yaşayır.

Onun fəaliyyəti nəticəsində Soçi olimpiadası ərəfəsində Memorial təşkilatı ilə birgə infrastruktur layihələrində işçi miqrantların hüquqlarının pozulması ilə bağlı Beynəlxalq Olimpiya Komitəsi qarşısında məsələ qaldırılmış və Rusiya dövləti tədbirlər görmək məcburiyyətində qalmışdı. 2014-cü ildə uşaq evlərində yaşayan əlil uşaqların hüquqlarının pozulması ilə bağlı hazırlanan hesabata cavab olaraq Rusiya əmək nazirliyi tədbir görməli olmuşdui.

R.Denber Ermənistanda əsasən cinsi azlıqların, Azərbaycanda isə “siyasi məhbuslar”ın hüquqlarının qorunmasına üstünlük verir. Onun fəaliyyətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də əsas araşdırma mövzularından biri olub.



Aparılan araşdırma nəticəsində açıq mənbələrdə Rachel Denberin ermənilərlə xüsusi əlaqələrinə dair məlumata rast gəlinməsə də, ümumilikdə insan hüquqları üzrə təşkilatın nümayəndəsi kimi fəaliyyət göstərdiyi müddətdə işi ilə əlaqədar erməni rəsmiləri, təşkilat nümayəndələri və fəalları ilə görüşlər keçirdiyi aşkarlanıb.
• 2016-cı ilin oktyabr ayında həmkarı Giorgi Gogia ilə birgə AGBU-nun iclasında iştirak edərək, Ermənistanda insan hüquqlarının vəziyyətinə dair çıxış edib və məişət zorakılığına dair qanunun qəbul edilməsinin vacibliyini vurğulayıb;
• Həmçinin, Emənistanda insan hüquqları ilə bağlı (qadınlara qarşı zorakılıq, uşaqların hüquqlarının qrunması və s.) müxtəlif vaxtlarda dövlət rəsmilərilə görüşlər keçirib.

Rachel Denber Azərbaycan hökumətini insan hüquqlarına dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə, həbsxanada pis rəftara və “siyasi məhbuslar”a görə daim bəyanatlar verir. O, Azərbaycandan Xədicə İsmayıl, Leyla Yunus və Arif Yunusla sıx əməkdaşlıq edir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi

Rachel Denber 1992-ci ilin sentyabrda Nyu-Yorkda dərc olunmuş “Qafqazda qan tökülməsi: Dağlıq Qarabağdakı silahlı qarşıdurmanın eskalasiyası” adlı hesabatın müəllifidir.
Hesabat R.Denberin Qarabağ müharibəsi ərəfəsində Azərbaycana və Ermənistana səfəri çərçivəsində (18-25 aprel, 6-8 may 1992-ci il) hazırlanmışdı. R.Denber əsasən münaqişə zonasına səfər etmiş, hadisələri, oradakı insan hüquq pozuntularını daha yaxından izləmiş, qurbanlardan, şahidlərdən, dövlət müəssisələrinin və xəstəxanaların işçilərindən reportaj hazırlamışdı.



 Hesabatın giriş hissəsində Dağlıq Qarabağ haqqında geniş məlumat öz əksini tapıb. Həmin bölmədə həmçinin 20 Yanvar hadisələri də Qarabağ problemi ilə əlaqələndirilib.
 Hesabatda Qarabağ müharibəsi zamanı hər iki tərəfdən əsir olan şəxslərin döyülməsi, işgəncəsi və zorlanması faktları barədə məlumat verilib.
 Sənəddə Ermənistan rəsmilərinin Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin öz müqəddəratını təyinetmə hüququna malik olduqlarını, Dağlıq Qarabağdakı ermənilərin Azərbaycan hökuməti tərəfindən sistematik ayrı-seçkilik və təqiblərin qurbanı olduqlarını qeyd etdikləri yazılıb. Azərbaycan rəsmilərinin isə ərazinin həmişə Azərbaycana məxsus olduğunu israr etdiyi və ayrı-seçkilik ittihamlarını rədd etdiyi bildirilib.
 Hesabatda Azərbaycan məsələsində - Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı kontekstində, Ermənistana gəldikdə isə - öz müqəddəratını təyinetmə hüquqları və Dağlıq Qarabağdakı ermənilərin çəkdikləri əziyyətlər kontekstində bölmələr yer alıb.
 Ermənilər tərəfindən Xocalı, Malıbəyli və Quşçular, Kərkicahan, Cəmili, Axullu, Quyusular, Şuşa, Ağdam, Əbu Gülablı bölgələrdə mülki insanlara qarşı zorakılıq, edam, mülki əmlakın məhv edilməsi, qırılma, mülki əhalinin məcburi təxliyəsi halları baş verdiyi hesabatda öz əksini tapıb.
 Sənəddə azərbaycanlılar tərəfindən Marağa, Kazançı, Şəkər, Stepanakert və ətrafı, Martakert Bölgəsi (Ağdərə rayonu): Vaguas, Martuni rayonu (Füzuli ilə sərhəd yaxınlığında): Tagavart, Xanlar və Şaumian rayonlarına (Dağlıq Qarabağın şimalında) hücum edildiyi qeyd olunub.
 Hesabatın sonunda münaqişədə ölənlərin və girov götürülənlərin siyahısı verilib:
- 26 fevral 1992-ci il gecəsi Xocalıdakı ölümlərin siyahısı
- Marağa 63-də girov götürüldüyü bildirilən şəxslərin siyahısı
- Marağa ölümlərinin siyahısı
 Hesabatın ümumi nəticələri:
Silahlı qarşıdurmanın kəskinləşməsindən bəri, Ermənistan və Azərbaycan qüvvələri dəfələrlə mülki insanlara qarşı humanitar qanunla qadağan edilmiş dəhşətli zorakılıq hərəkətləri törədiblər. Hər iki tərəf:
- fərdi mülki şəxslərə və mülki əhaliyə ayrı-seçkilik qoymadan hücum edib;
- hərbi məqsədlərə töhfə verməyən evlər və məktəblər daxil olmaqla mülki quruluşları ayrı-seçkiliksiz məhv edib;
- mülki evləri talayıb;
- xəstəxanalara, tibbi nəqliyyata və xilasetmə işlərinə qəsdən hücum edib;
- edamlar həyata keçirib;
- müntəzəm olaraq mülki şəxsləri girov götürüb, onları tez-tez istismar edib və ya işgəncə verib, bu girovlardan barter kimi istifadə edib.

1992-ci ilin oktyabr ayında Rachel Denber Aleksandr Petrovla birgə Yerevanda Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycan silahlı qüvvələri tərəfindən erməni mülki əhalinin və mülki strukturların “atəşə tutulması” üzrə 5 günlük faktaraşdırıcı missiya həyata keçiriblər və burada etnik erməni qaçqınlar, həkimlər, siyasətçilərdən müsahibə alıblar.

Rachel Denberin “Twitter” hesabı

Rachel Denberin “Twitter” hesabının araşdırılması nəticəsində izlədiyi 360 nəfər arasında 3 nəfər erməniyə rast gəlinib. Bunlar Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Giragosian, jurnalist Simon Saradzhyan və fəal Mamikon Hovsepyandır. Həmçinin, Rusiyada fəaliyyət göstərən erməni soyadlı jurnalistlər Anna Arutunyan və Margarita Simonyan da onu izləyənlər sırasındadır.
Rachel Denber “Twitter” paylaşımlarında “Human Rights Watch” təşkilatı tərəfindən Ermənistanda insan hüquqları ilə bağlı hazırlanan hesabatlar və xəbərlərdən məzmunlar yerləşdirib.



Rachel Denberi izləyən 5.412 nəfər arasında Azərbaycan müxalifətinin nümayəndələri, siyasi və ictimai fəallardan, eləcə də erməni təşkilatları və blogerlərindən aşağıda adları qeyd olunanlara rast gəlinir:



Azərbaycanla bağlı yazdığı tvitlər Ermənistanla əlaqəli yazdıqlarından çoxdur. Rachel Denberin “Twitter”də 1 sentyabr 2017 – 1 sentyabr 2020-ci illər ərzində Azərbaycanla bağlı tvitlərinin sayı 40, Ermənistanla bağlı isə 23 ədəd təşkil edir. Rachel Denber-in Ermənistanla bağlı paylaşımları ümumi xarakter daşısa da, Azərbaycanla bağlı paylaşımları konkret və ünvanlı olub. Azərbaycanda Prezident və parlament seçkiləri, korrupsiya tənqid olunsa da, Ermənistanla bağlı seçkilər və korrupsiya kontekstində tənqidi yazılar müşahidə edilməyib.



Rachel Denberin Azərbaycan və Ermənistanla bağlı “Twitter” paylaşımlarında “Human Rights Watch” təşkilatı tərəfindən insan hüquqları ilə bağlı hazırlanan hesabatlar və xəbərlərdən məzmunlar çoxluq təşkil edir. Yerdə qalan paylaşımları isə hər iki ölkədə baş verən aktual hadisələrlə bağlı Avropa Şurasının, “Carnegie” fondunun, “Open Democracy”, “Eurasianet”, “OC Media”, “The Washington Post” kimi saytlarda çıxan xəbərlər haqqındadır.
Belə ki, hər iki ölkə ilə bağlı tənqidi məzmunda tvitlərində ölkə başçısının və ya rəsmi şəxsin adını çəkməyiş, hökumət, məhkəmə, polis kimi sözlərdən istifadə edib. Yalnız 20 iyul 2018-ci il tarixli tvitində Prezident İlham Əliyevin adına rast gəlinib: “Makron Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb – o, siyasi məhbuslar üçün azadlıq tələb edib?”



Ermənistanla bağlı 24 aprel 2018-ci il tarixli paylaşımında isə “baş nazir” ifadəsindən istifadə edib: “Ermənistanda davamlı ictimai etirazlardan sonra baş nazir istefa verib. Xalqın inamını bərpa etmək üçün hökumət nə etməlidir?”



Rachel Denberin Ermənistan və Azərbaycanla bağlı yazdığı tvitlərdən bəzi nümunələr:

Ermənistan:

“Ermənistan: Yeni məhkəmə qərarı - 4 ədalət 4 homofobik hücum. 2018: kütlə yaralanmalarına səbəb olan LGBT fəallarını kənddən çıxarmaq üçün hücum etdi. İstintaq dayandırıldı. Yeni, təsirli araşdırma - homofobiya ilə mübarizə yolunda addım”



“Hökumət gizliliyi qorumaq üçün daha çox şey edə bilər. Misal üçün:
1) Məlumatlarının toplandığı zaman insanları xəbərdar edin.
2) Məlumatların pozulması riskini minimuma endirən təhlükəsizlik protokolları qurun”



Azərbaycan:

“Azərbaycanda İyul ayında çoxsaylı müxalifət liderlərinin, fəalların həbsi hökumətin Azərbaycan Xalq Cəbhəsi Partiyasından qurtulmaq üçün göstərdiyi son cəhd idi. Bunlara absurd ittihamlara çevriliş planı və COVID-19 yayılması daxildir”.



“Sabah siyasi müxalifət lideri, keçmiş siyasi məhbus Tofiq Yaqublunun Azərbaycanda saxta ittihamlarla həbsdə olmasından 2 ay keçir. Azərbaycan prezidentinin müxalifətlə bağlı məlum çıxışından sonra COVID-19 pandemiyasından istifadə edilərək bir neçə gün sonra polis Tofiq Yaqublunu həbs etdi. Onun azad edilməsi üçün vaxtdır!”



“Ədalət gecikdi, ancaq yenə də öz yerini tapdı. Azərbaycanın Ali Məhkəməsi İlqar Məmmədova bəraət verib. İ. Məmmədov tamamilə saxta, siyasi motivli ittihamlarla həbs olunduqdan 7 il sonra bəraət alıb. Ancaq daha çox onun kimi hələ də dəmir barmaqlıqlar arxasında. Tofiq Yaqublu kimi....”



“Azərbaycanda 6 siyasi fəal karantini pozduğuna görə 15-30 gün müddətinə həbs olundu. Azərbaycan hökumət tənqidçilərə daha da təzyiq etmək üçün üçün bəhanə olaraq koronavirusdan istifadə edir. Eynən Əliyevin dediyi kimi. Həbsxana yalnız məruz qalma riskini artıracaqdır”.



Azvision.az



Teqlər: Reyçel-Denber  





Xəbər lenti