Yaşı 65-dən çox olan müəllimlərə şad xəbər

  14 Sentyabr 2020    Oxunub : 2522
Yaşı 65-dən çox olan müəllimlərə şad xəbər
Tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı olan təhsilverənlərin işində yaranan fasilələr onların iş vaxtına daxil edilir və əməkhaqqı saxlanılır.
Azvision.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.

R.Tağıyev qeyd edib ki, təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunurlar. Əməkhaqqının hesablanmasında isə distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınır.

Azvision.az

Teqlər: Məktəb   Müəllim