Putin-Lukaşenko görüşü 4 saatdan çox çəkdi - YENİLƏNİB

Putin-Lukaşenko görüşü 4 saatdan çox çəkdi -  YENİLƏNİB
  15 Sentyabr 2020    Oxunub:5915
Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında görüş başa çatıb. Danışıqlar 4 saat 20 dəqiqə davam edib.
Azvision.az xəbər verir ki, dövlət başçılarının görüşü Soçidəki "Boçarov Ruçey" iqamətgahında keçirilib.

Görüşün əvvəlində Putin Rusiya Federasiyasının Belarusla bütün razılaşmalara sadiq qaldığını vurğulayıb. Rusiya lideri, həmçinin qeyd edib ki, belaruslular heç bir xarici müdaxilə olmadan ölkədəki vəziyyəti həll etməlidirlər.

Lukaşenko isə öz növbəsində prezident seçkilərindən sonra ölkəsinə dəstək olduqları üçün Putinə və Rusiya xalqına təşəkkürünü bildirib.

***
Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında görüş başlayıb.

Azvision.az xəbər verir ki, prezidentlərin kritik görüşü Soçi şəhərində keçirilir.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, danışıqlar nə qədər lazım gələrsə, o qədər davam edəcək.

Qeyd edək ki, bu, Lukaşenkonun 9 avqust seçkilərindən sonra ilk xarici səfəridir.

Azvision.az


Teqlər: Putin   Lukaşenko   Görüş  





Xəbər lenti