Tоfiq Yaqublunun işində şahid olduğu deyilən şəxs danışdı - VİDEO

  14 Sentyabr 2020    Oxunub : 4008
   Tоfiq Yaqublunun işində şahid olduğu deyilən şəxs danışdı -    VİDEO
Tofiq Yaqublunun cinayət işində hal şahidi kimi adı keçən Bakı şəhər sakini Nəbi Acalov barəsində yayılan ittihamlara cavab verib.
Azvision.az -ın məlumatına görə, N.Acalov bildirib ki, sosial şəbəkələrdə guya onun cinayət işində yalançı şahidlik etməsi ilə bağlı yayılan ittihamlar əsassızdır.



Onun sözlərinə görə, hadisənin şahidi olmayıb və bununla bağlı heç kimə qarşı ifadə verməyib, yalnız yol nəqliyyat hadisəsindən sonra yol polisinin dəvəti ilə baxışda iştirak edərək bu barədə aktı və sxemi könüllü imzalayıb.

Sosial şəbəkələrdə yayılan səs yazısında da, o, bu şəkildə fikrini ifadə etməyə çalışsa da, onun fikirləri kimlərsə tərəfindən ictimaiyyətə səhv, təhrif olunmuş şəkildə təqdim olunub.

N.Acalov, həmçinin vurğulayıb ki, iş materiallarında olan və sosial şəbəkədə yayılmış avtomobillərin toqquşması ilə bağlı akt və sxemdəki imzalar ona məxsusdur, hətta bunu məhkəməyə ünvanladığı teleqramla da təsdiq edib.

Azvision.az

Teqlər: Tofiq-Yaqublu   Şahid