Bəzi şəhər və rayonlarda bağçalar açıldı

   Bəzi şəhər və rayonlarda bağçalar açıldı
  15 Sentyabr 2020    Oxunub:2490
Bu gündən Azərbaycanda dövlət və özəl uşaq bağçaları fəaliyyətini bərpa edib.
Azvision.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq 1 oktyabr 2020-ci il tarixindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabr 2020-ci il tarixindən yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilir.

Qeyd edək ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bağçaların bir qədər gec, 1 oktyabr tarixindən açılmasının səbəbi əhalinin sayı və sıxlığının daha yüksək olmasıdır. Bu, həm də bağçalarda müvafiq hazırlıq işlərinin görülməsi, dezinfeksiya işlərinin aparılması üçün daha uzun müddətin tələb olunması ilə əlaqəlidir.

Azvision.az


Teqlər: Bağça  





Xəbər lenti