Düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz yaralandı

   Düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz yaralandı
  15 Sentyabr 2020    Oxunub:4530
Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.
Müdafiə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.

Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır.

Azvision.az


Teqlər: Hərbçi   Yaralanmaq  





Xəbər lenti