Parlamentin daha bir komitəsi iclas çağırdı

Parlamentin daha bir komitəsi iclas çağırdı
  15 Sentyabr 2020    Oxunub:2035
Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçiriləcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, iclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlərə dair hesabat dinləniləcək, payız sessiyası üçün qanunvericilik işləri planının layihəsi müzakirə ediləcək.

Komitənin toplantısında cari məsələlər barədə fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

Azvision.az


Teqlər: Milli-Məclis   Komitə   İclas  





Xəbər lenti