“Azərbaycanın dəstəyi Türkiyəyə güc verir” - Səfir

  “Azərbaycanın dəstəyi Türkiyəyə güc verir” -    Səfir
  15 Sentyabr 2020    Oxunub:2871
Azərbaycanın Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı mövqeyini dəstəkləməsi ölkəmizə güc verir.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Bakıdakı səfiri Erkan Özoral deyib.

Diplomat bildirib ki, Türkiyə Azərbaycanın dəstəyi ilə fəxr edir: “Qardaşlarımızdan gözləntimiz də bu idi. Pis günlərdə, yaxşı günlərdə bir-birimizin yanındayıq. Biz bir millət, iki dövlətik”.

Səfir, həmçinin qeyd edib ki, Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı mövqeyi beynəlxalq hüquqa əsaslanır.

Azvision.az


Teqlər: Türkiyə   Səfir  





Xəbər lenti