“Prezidentin iş adamlarına çağırışının effekti daha çox olacaq” - Mikayıl Cabbarov

 “Prezidentin iş adamlarına çağırışının effekti daha çox olacaq” -    Mikayıl Cabbarov
  15 Sentyabr 2020    Oxunub:4234
Sumqayıt Kimya Sənaye Parkının 500 hektardan çox olan ərazisinin 65 hektarı sərbəstdir. Həmin o ərazilərə də maraq böyükdür. Cənab Prezidentin ölkədə fəaliyyət göstərən, xaricdə yaşayan iş adamlarına, xarici investorlara bu gün bir daha etdiyi çağırışın effekti, əminəm ki, daha çox olacaq.
Azvision.az xəbər verir ki, bu fikri İqtisadiyyat naziri Mikayıl Cabbarov sentyabrın 14-də Prezident İlham Əliyevin “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iş adamlarına və xarici investorlara çağırışını şərh edərkən deyib. Nazir əlavə edib ki, dövlətimizin başçısı “Sumqayıt Kimya Sənaye Parkı”nın fəaliyyətinin genişləndirilməsinə dair tapşırıq verib.

Mikayıl Cabbarov bildirib ki, Prezidentin çağırışına həm Azərbaycanda, həm də ölkəmizdən kənarda fəaliyyət göstərən iş adamları reaksiya verirlər. Hələ mövcud karantin dövründə yaşamağımıza baxmayaraq, əlaqə saxlanılıb, müraciətlər var.

Qeyd edək ki, 2019-cu ilin birinci yarısında Sumqayıt Kimya Sənaye Parkında 258 milyon manatlıq, 2020-ci ilin müvafiq dövründə isə bundan iki dəfə çox - 534 milyon manatlıq məhsul istehsal olunub. İxrac ötən ilin ilk 6 ayına nisbətən 1,5 dəfə artaraq 121 milyon manatdan 182 milyon manata çatıb.

Azvision.az



Teqlər: İlham-Əliyev   Mikayıl-Cabbarov   İqtisadiyyat  





Xəbər lenti