“BakuBus” avtobusları niyə yanıb? - SƏBƏB

 “BakuBus” avtobusları niyə yanıb? -    SƏBƏB
  15 Sentyabr 2020    Oxunub:3941
Sentyabrın 1-də və 15-də Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “BakuBus” MMC-nin istismarında olan iki sərnişin avtobusunda baş verən yanğın hadisələri ilə bağlı araşdırma aparılıb.
Agentlikdən Azvision.az -a bildirilib ki, mütəxəssislərin ilkin rəyinə əsasən yanğının yüksək təzyiqli yağ borusunun pərçimdən qopması nəticəsində baş verdiyi ehtimal olunur.

"Hadisənin istehsal xətasından qaynaqlandığı ehtimal edildiyindən artıq Fransanın İVECO şirkəti ilə danışıqlar aparılır. Şirkətin ixtisaslı mütəxəssisləri Bakıya dəvət edilib. Məlumat üçün bildiririk ki, 2015-ci ilin sentyabrından müntəzəm sərnişindaşımalarına cəlb edilən “BakuBus” avtobuslara gündəlik və dövrü texniki qulluq, təmir və dezinfeksiya işləri aparılır.

Bu işlər istehsalçı şirkət tərəfindən təlim keçən və sertifikatlaşdırılmış texniki personal tərəfindən yerinə yetirilir. Eyni markalı avtobuslarda buna bənzər hadisələr 2018-ci ildə Fransada, 2019-cu ildə isə İtaliyada baş verib", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti