Polislər “Türk Şəhidliyi” abidəsini ziyarət edib

  15 Sentyabr 2020    Oxunub : 1919
Polislər “Türk Şəhidliyi” abidəsini ziyarət edib
Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də ərazidə xidmətdə olan bir qrup polis əməkdaşı və Daxili Qoşunların hərbi qulluqçuları Şəhidlər xiyabanındakı “Türk Şəhidliyi” abidəsini ziyarət ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları və hərbi qulluqçular Bakının işğaldan azad olunması uğrunda canlarından keçmiş şəhid türk əsgərlərini ehtiramla yad edib, onların xatirələrinə ucaldılmış abidənin önünə tər çiçək dəstələri düzüblər.



Azvision.az

Teqlər: DİN   Polis   DQ