Gələn ilin büdcə layihəsi Nazirlər Kabinetinə təqdim olundu

 Gələn ilin büdcə layihəsi Nazirlər Kabinetinə təqdim olundu
  15 Sentyabr 2020    Oxunub:3464
2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri Nazirlər Kabinetinə təqdim edilib.
Bu barədə Azvision.az -a Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Mais Piriyev məlumat verib.

Onun sözlərinə görə, “Büdcə sistemi haqqında” qanuna və “2021-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23s nömrəli 24 yanvar 2020 –ci il il tarixli sərəncamına uyğun olaraq 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub.

Azvision.az


Teqlər: Maliyyə   Nazirlik   Büdcə   NK  





Xəbər lenti