İtaliya mətbuatı Ermənistanın qanunsuz məskunlaşdırma siyasətindən yazır
Yazılarda Ermənistanın Livanda baş vermiş məlum hadisələrdən özünün mənfur məqsədləri naminə sui-istifadə etdiyi, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin əslində Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişdirmə məqsədi daşıdığı bildirilərək köçürülmüş insanların silahlı muzdlular kimi də istifadə edildiyi qeyd olunub.
Yazılarda bu qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir qüvvəsinin olmadığı, Azərbaycanın onun nəticələrini tamamilə rədd etdiyi və Ermənistan tərəfindən aparılan sözügedən qeyri-qanuni məskunlaşmanın müharibə cinayəti olduğu diqqətə çatdırılıb.
Habelə yazılarda bu qanunsuz fəaliyyətin işğalçı Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarının, eləcə də Ermənistanın özünün üzərinə götürdüyü öhdəliklərinin kobudcasına pozulmasının bariz nümunəsi olduğu bildirilib.
Azvision.az
Teqlər: İtaliya Ermənistan Qarabağ İşğal