Bakıda ən az yoluxma bu rayondadır

Bakıda ən az yoluxma bu rayondadır
  16 Sentyabr 2020    Oxunub:3814
Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.
Azvision.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, Bakı şəhəri üzrə yoluxma hallarının 14,3 faizi həmin rayonun payına düşür.



Paytaxtın digər rayonlarına gəlincə, yoluxma hallarının 12,2 faizi Xətai, 11,8 faizi Yasamal, 11,6 faizi Sabunçu, 8,9 faizi Nəsimi, 8,4 faizi Nərimanov, 8 faizi Suraxanı, 7,6 faizi Qaradağ, 7,1 faizi Nizami, 5 faizi Xəzər, 4,7 faizi Səbail, 0,3 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Ümumi yoluxma hallarının 56,1 faizi paytaxtda aşkarlanıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya   Yoluxma  





Xəbər lenti