Naxçıvanda hərbi hissəyə sovqat verilib - FOTO

Naxçıvanda hərbi hissəyə sovqat verilib -    FOTO
  16 Sentyabr 2020    Oxunub:2649
Xalq-ordu birliyinə nümunə olaraq muxtar respublikada hərbi hissələrə meyvə-tərəvəz sovqatlarının verilməsi davam edir.
Azvision.az xəbər verir ki, Şərur rayonundakı “Vüsal” kiçik müəssisəsinin kollektivi də ənənəyə sadiq qalaraq 4 ton kartof və soğanı hərbi hissəyə təhvil verib.

Müəssisənin rəhbəri Mürşüd Həsənov qeyd edib ki, bu gün əsgərlərimiz hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Ayrı-ayrı özəl qurumların, fermer və sahibkarların Vətənin keşiyində dayanan əsgərlərin qayğısına qalması, onlara sovqat göndərməsi mənəvi dəstəkdir.

Hərbi hissənin zabiti gətirilən sovqata görə minnətdarlığını bildirib.



Azvision.az


Teqlər: Naxçıvan   Ordu   Xalq   Birlik  





Xəbər lenti