Hədə-qorxu ilə pul alarkən tutuldu - İmişlidə əməliyyat

Hədə-qorxu ilə pul alarkən tutuldu -  İmişlidə əməliyyat
  16 Sentyabr 2020    Oxunub:3721
İmişli Rayon Polis Şöbəsinə müraciət edən Otuziki kənd sakini Z.Uğurluyev sentyabrın 15-də hədə-qorxu gəlməklə ondan 8 000 manat pul tələb edilməsini bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qızılkənd kənd sakini E.Əliyev Z.Uğurluyevdən 6 000 manat pulu alarkən saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti