Türkiyəyə şəxsiyyət vəsiqəsilə getmək mümkün olacaq

 Türkiyəyə şəxsiyyət vəsiqəsilə getmək mümkün olacaq
  16 Sentyabr 2020    Oxunub:4417
Azərbaycan və Türkiyə arasında viza rejiminin aradan qalxması, vətəndaşların daha rahat gediş-gəlişi üçün lazımi addımlar atılır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib. Nazir müavini bildirib ki, bunun üçün müəyyən tədbirlərin görülməsinə ehtiyac var.

Onun sözlərinə görə, Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri çərçivəsində bu məsələ qaldırılıb: “İşçi səviyyəsində addımlar atılır, texniki məsələlərin həlli üçün sənədlər hazırlanır və ümid edirəm ki, yaxın zamanlarda praktiki olaraq məsələnin həllinə nail olacağıq, vətəndaşlarımız şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə, Türkiyədən də Azərbaycana gedib-gələcəklər”.

Azvision.az


Teqlər: Türkiyə   Şəxsiyyət-vəsiqəsi   Səfər  





Xəbər lenti