ASCO-nun strukturu genişlənib

  16 Sentyabr 2020    Oxunub : 2828
ASCO-nun strukturu genişlənib
Nazirlər Kabineti 340 №li Qərarın izahını verib.
Azvision.az -a daxil olan məlumatda bildirilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 18 nömrəli Qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Cəmiyyətin strukturunun optimallaşdırılması məqsədi ilə yeni yaradılmış törəmə hüquqi şəxslər “ASCO Nəqliyyat” MMC və “ASCO Mühafizə” MMC “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin strukturuna əlavə edilib.

Həmçinin, Cəmiyyət üzrə faktiki fəaliyyət göstərən “ACSC logistics” MMC-nin adı dəyişdirilərək “ASCO Logistics” MMC adlandırılıb.

Azvision.az

Teqlər: Nazirlər-Kabineti   Qərar