“Artıq kiminsə qəyyumluğu ilə işə düzəlmək ənənəsi yoxdur” - Zahid Oruc

“Artıq kiminsə qəyyumluğu ilə işə düzəlmək ənənəsi yoxdur” -  Zahid Oruc
  17 Sentyabr 2020    Oxunub:2845
“Milli Məclisin Aparatında inqilabi dəyişikliklər baş verdi. Milli Məclisin Sədri Sahibə Qafarovanın sərəncamları və apardığı islahatlarla parlamentin Aparatında və İşlər İdarəsində sistemlilik mövcuddur".

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.
Komitə sədri bildirib ki, Milli Məclisə işə düzəlməklə bağlı yeniliklər mövcuddur: “Artıq kiminsə qəyyumluğu ilə parlamentə işə düzəlmək ənənəsi yoxdur”.

Z.Oruc qeyd edib ki, Milli Məclisin Aparatının və İşlər İdarəsinin Əsasnaməsi hazırlanıb və deputatlara paylanılıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Zahid-Oruc   Komitə   İclas  





Xəbər lenti