Baş Prokurorluğun əməkdaşı sualları cavablandırdı - VİDEO

 Baş Prokurorluğun əməkdaşı sualları cavablandırdı -  VİDEO
  17 Sentyabr 2020    Oxunub:2497
Xəbər verildiyi kimi, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır.
Bu barədə Azvision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.

Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva prokurorluq orqanlarının fəaliyyətilə bağlı “Baş Prokurorluğun yeni yaradılmış Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin fəaliyyət istiqaməti nədən ibarətdir?”, “Nəqliyyat vasitələrin üzərinə həbs hansı qaydada qoyulur?” suallarını cavablandırıb.

Təqdim olunmuş videonu izləməklə həmin sualların cavablarını öyrənə bilərsiniz.



Azvision.az



Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti