“Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır” - Deputat

“Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır” -  Deputat
  17 Sentyabr 2020    Oxunub:2978
“Hesab edirəm ki, sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Jalə Əhmədova deyib.

Deputat media işçilərinə müraciət edərək bildirib ki, məlumat yayan zaman onun doğruluğunu yoxlasınlar.

"Məlumat və şou xətrinə nələrisə yaymaq olmaz. Bu məsələləri peşəkar media işçilərimizə aid etmirəm. Hesab edirəm ki, qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır. Özüm də bu kimi informasiyalara məruz qalıram. Pisləmək çox asandır. Amma qurmaq, yaratmaq peşəkarlə tələb edir”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Komitə   İclas   Sosoial   Şəbəkə  





Xəbər lenti