Anar Kərimov Milli Məclisdən dəstək istədi

 Anar Kərimov Milli Məclisdən dəstək istədi
  17 Sentyabr 2020    Oxunub:2926
Mədəniyyətimizin ənənəvi missiyalarından biri də tarixi adət-ənənələrimizin, tariximizin qorunması və onun gələcək nəsillərə ötürülməsidir. Bu sahədə yeni istiqamətlər müəyyən edilib.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

Onun sözlərinə görə, strateji istiqamətlərin həll olunması üçün müəyyən problemlər də var: "Hüquqi bazanın təkmilləşdirilməsi, idarəetmənin daha düzgün formada aparılması üçün Milli Məclisə, Mədəniyyət Komitəsinə ehtiyacımız var”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Komitə   İclas   Mədəniyyət  





Xəbər lenti