Qarabağdakı abidələrlə bağlı fəaliyyət planı hazırlana bilər

Qarabağdakı abidələrlə bağlı fəaliyyət planı hazırlana bilər
  17 Sentyabr 2020    Oxunub:2767
Azərbaycanın işğal olunmuş ərazilərində tarixi abidələrin ermənilər tərəfindən dağıdılması məsələsi hər zaman bizim gündəmimizdədir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

Nazir müavini bildirib ki, bununla bağlı məsələlər beynəlxalq səviyyədə qaldırılmalıdır:

“Bu məsələdə həmrəylik nümayiş etdirərək səsimizi daha da ucaltmalıyıq. Bununla bağlı hansısa bir fəaliyyət planının olması barədə fikirləşə bilərik”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Erməni   İşğal   Tarixi-abidə  





Xəbər lenti