“Reproduktiv sağlamlıq haqqında” qanun müzakirə olunacaq

  18 Sentyabr 2020    Oxunub : 2679
“Reproduktiv sağlamlıq haqqında” qanun müzakirə olunacaq
Milli Məclisin Səhiyyə komitəsi payız sessiyasında ilk iclasını keçirilib.
Azvision.az xəbər verir ki, komitəs sədri Əhliman Əmiraslanov iclasda 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı barədə məlumat verib.

O qeyd edib ki, qarşıdakı sessiyada müxtəlif qurumlardan komitəyə daxil olacaq qanun layihələri, 2021-ci ilin dövlət büdcəsinin müzakirəsi ilə yanaşı komitədə “İnsan orqanlarının transplantasiyası haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri də Milli Məclisin müzakirəsinə çıxarılacaq.

Həmçinin komitədə COVID-19, icbari sığortanın tətbiqi, onkoloji xəstəliklər və digər mövzularda dinləmələr keçiriləcək, müxtəlif orqanlardan və vətəndaşlardan daxil olan təkliflərlə bağlı tədbirlər təşkil olunacaq.

Azvision.az

Teqlər: Parlament   Səhiyyə