“Çirkab suları meşə ərazisinə axıdılır”- Xidmət rəisi

“Çirkab suları meşə ərazisinə axıdılır”-  Xidmət rəisi
  18 Sentyabr 2020    Oxunub:3001
“Təəssüf ki, istirahət mərkəzi adı altında fəaliyyət göstərən obyektlər tərəfindən çirkab suları meşə ərazisinə axıdılır, bərk tullantılar meşədə basdırılır”
Azvision.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib. Onun sözlərinə görə, bununla bağlı daim vətəndaşlar nazirliyə şikayət edir:

“Təbii ki, bu məsələdə vətəndaşlar haqlıdır. Bildirim ki, meşə fonduna daxil olan ərazilərdə istirahət mərkəzlərinin fəaliyyəti üçün müqavilələr bağlanılıb və müddətlidir. Burada əsaslı tikintiyə icazə verilmir. Müqavilənin müddəti bitdikdən sonra həmin ərazi boşaldılmalı və ərazi əvvəlki vəziyyətə qaytarılmalıdır. Bizim elə öhdəliyimiz yoxdur ki, istirahət mərkəzlərinin daimi fəaliyyəti üçün müqavilə bağlayaq”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Meşə  





Xəbər lenti